Miqrantlar Orta Asiyanın birləşməsini təklif edirlər
Rusiyada fəaliyyət göstərən Ümumrusiya İctimai Hərəkatı "Tacik miqrant işçiləri" təşkilatının sədri Karomat Şaripov beş Orta Asiya ölkəsinin prezidentlərinə “vahid siyasi təşkilatda birləşmək” təklifi ilə müraciət ünvanlayıb.
“Hələ ötən əsrin 20-ci illərində Orta Asiyada millətçilərin həyata keçirə bilmədiklərini bu gün reallaşdırmağa çalışırlar. Onlar bölgə xalqları arasında ziddiyyətlər toxumu səpməklə, etnik münaqişələri qızışdırmaq istəyirlər” deyən təşkilat sədri Orta Asiyanın müxtəlif xalqlarını birləşdirən ümumi səfərbəredici amil - İslam dininin ortaq din olduğunu da xüsusi qeyd edib.
Onun sözlərinə görə, yanvarın 11-də Tacikistan-Qırğızıstan sərhədində baş verən münaqişə bölgədə «Avrasiya Balkanları" adlı etnik müharibələr zonası yaratmaq məqsədi güdür. "Orta Asiya əsrlər boyu qlobal və regional güclərin üstünlük mübarizəsi uğrunda iddiaları mövzusu olaraq qalıb. Təəssüf ki, bizim atalarımızın, bir çox feodal təfriqə xanlıqların öz aralarında apardıqları daxili müharibələr xarici qəsbkarların bizim bərəkətli torpaqları viran qoyması və ümumiyyətlə, Orta Asiyada hakimlik etmək istəməsi bizə dərs olmayıb” deyən Şaripov daha sonra belə bildirib: "Biz bu gün də insanların müdafiəsi ilə deyil, şəxsi ambisiyalar və korporativ maraqların qorunması ilə məşğul olan daxili və xarici düşmənlərə öz ambisiyalarını davam etməyə imkan veririk”.
Ağasəf

Xəbər 387 dəfə oxundu.