Oyars Sparitis: “Bu gün təmiz ərzaq bəşəriyyət üçün olduqca vacibdir”
Biz nanotexnologiya, biotibb, xərçəng xəstəliyinin öyrənilməsi, farmokologiya, xüsusilə də kənd təsərrüfatının inkişafı sahələrində də elmi səviyyədə birgə tədqiqatları inkişaf etdirmək niyyətindəyik. Çünki təmiz hava, təmiz qida və ekoloji təmiz ərzaq bu gün bəşəriyyət üçün olduqca vacibdir.
Bu sözləri Azərbaycanda səfərdə olan Latviya Elmlər Akademiyasının (LEA) prezidenti, akademik Oyars Sparitis jurnalistlərə müsahibəsində deyib.
LEA-nın prezidenti bildirib ki, artıq ikinci dəfədir Bakıya səfər edirəm. “Eurovision-2011” mahnı müsabiqəsi ərəfəsində gözəl və zəngin turizm potensialına malik Bakının qədim arxitekturası ilə tanış olub. Bakının gündən-günə gözəl və müasir şəhərə çevrilməsinə heyranam.
Budəfəki səfərinin məqsədini açıqlayan O.Sparitis qeyd edib ki, Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ki, mövcuddur. Ökələrimiz arasında artıq kosmik texnologiyalar, geologiya və qida sənayesi sahələri üzrə birgə tədqiqatlar aparılır. Biz birgə tədqiqatları daha da inkişaf etdirmək niyyətindəyik.

Xəbər 476 dəfə oxundu.