Suren Sərkisyan: “Ermənistanın sərhədyanı bölgələrində yaşayış yoxdur”
“Ermənistanın dövlətçiliyi böyük təhlükə altındadır, hakimiyyət oğru və quldurların əlində cəmləşib”. Bu sözləri keçmiş döyüşçü Suren Sərkisyan keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Ermənistanda hakimiyyətdə olan qüvvələrin əsas məqsədi ölkəni talan etməkdir: “Ermənistanın bütün əmlakı satılıb. İndi demək olar ki, satmağa heç bir əmlakımız qalmayıb. Erməni xalqı doğma vətənində övladlarını böyütməkdən məhrum olub. Yüz minlərlə erməni ailəsi ilə birlikdə ölkəni birdəfəlik tərk edib. Ermənistanın sərhədyanı bölgələrində yaşayış yoxdur. Prezident Sərkisyan və komandasını qovmağın vaxtı yetişib. Əgər, xalq onların qovulması ilə bağlı qərar versə, biz bu qərarı yerinə yetirməyə hazırıq. Bu ölkəni heç kimə verməməliyik. Təkcə Köçəryanın əmlakı bu ölkənin bütün dövlət borcunu ödəməyə imkan verir”. Müharibə veteranı bütün erməni xalqını martın 1-də keçiriləcək mitinqdə iştirak etməyə dəvət edib: “Martın 1-i hakimiyyətin cinayətkarlar tərəfindən işğal olunduğu, dinc insanların öldürüldüyü gündür. Həmin gün bütün müharibə veteranları meydanda olacaq və xalqın verəcəyi istənilən qərarı dəstəkləyəcək”.

Anar

Xəbər 336 dəfə oxundu.