Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir
Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində fevralın 28-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu işə başlayb.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda neft və qida emalı, kimya sənayesi, energetika, logistika və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək Azərbaycanın Qazaxıstanla ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb.
Forum davam edir.
Təhminə

Xəbər 388 dəfə oxundu.