Dövlət Duması Krıma dair qanun layihəsinə martın 21-də baxacaq
Dövlət Duması martın 21-də "Ədalətli Rusiya" fraksiyası deputatlarının hazırladıqları Krımın Rusiyaya birləşdirilməsinə dair qanun layihəsinə baxmaq niyyətindədir. Bu barədə Vahid Rusiya Partiyasından deputat Vyaçeslav Nikonov məlumat verib. Məlumata görə, xəbəri “RİA Novosti" yayıb.
O, Duma Şurasının iclasının yekunlarına dair bildirib: "Martın 17-dək qeydlər, göndərişlər, martın 21-də isə qanun layihəsi gündəliyə daxil edilir". Qanun layihəsi yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinin qaydalarını müəyyən edir. "Eser"lər beynəlxalq müqavilənin bağlanmasının qeyri-mümkün olduğu zaman xarici dövlətdə vətəndaşların hüquq və azadlıqlarını müdafiə edən və onlara riayət edən effektiv suveren dövlət hakimiyyətinin yoxluğu ilə əlaqədar, Rusiya Federasiyası tərkibinə qoşulmaq arzusunu bildirən yeni ərazilərin qəbulunun həmin ərazidə referendumun nəticələrinə görə həyata keçirildiyini müəyyən etməyi təklif edirlər. Belə yeni regiona Rusiya Federasiyasının subyekti statusunun verilməsi təklif edilir. Yeni regionu qəbul etmək federal konstitusiya qanununa əsasən mümkün olacaq. "Eser"lər qeyd edirlər ki, qanun layihəsi bütün dövlət hakimiyyəti orqanlarının iflic olduğu Ukraynadakı hadisələrlə əlaqədar təklif edilib. Parlamentarilər göstərirlər ki, Ukraynada hakimiyyət qanunsuz və qeyri-legitim şəkildə ələ keçirilib və ölkə ərazisində faşist silahlıları sərbəst şəkildə fəaliyyət göstərirlər. Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.
Tural

Xəbər 318 dəfə oxundu.