Yeni Azərbaycan Partiyasının sosial məsələlər üzrə komissiyasının iclası keçirilib
Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) sosial məsələlər üzrə komissiyasının iclası keçirilib.
Komissiyanın sədri, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov gündəlikdə duran məsələ haqqında məlumat verib.
Bildirilib ki, ötən il noyabrın 7-də YAP İdarə Heyətinin iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib. Sosial məsələlər üzrə komissiyanın yaradılmasında məqsəd bu sahədəki problemlərin, vətəndaşların qarşılaşdığı çətinliklərin müvafiq dövlət qurumları ilə birgə aradan qaldırılmasında iştirak etməkdir.
Sonra komissiyanın 2014-cü il üçün iş planı təsdiq olunmuşdur. Həmçinin komissiyanın əsasnaməsi rəsmi sənəd kimi qəbul edilib.
İclasda çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputat Musa Quliyev və başqaları iş planında əks olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Sonda təşkilati məsələlərə baxılıb.
Təhminə

Xəbər 264 dəfə oxundu.