“Reuters”: “Bolqarıstan Avropa Birliyini “xilas edəcək”
Əgər Sofiya Rusiyaya qarşı Qərbin sanksiyalarının yeni raundunu dəstəkləsə, bolqar millətçi partiyası “Ataka” hökumətin buraxılmasına cəhd edəcək. Bu barədə “Reuters” agentliyinin müxbirinə partiyanın lideri Volen Siderov bildirib. Plamen Oleşarskinin koalision hökumətinin buraxılması isə ölkəni yenidən siyasi sabitslizliyə sürükləyə bilər. Keçən il etirazlar bir hökuməti çökdürmüşdü və yenidən nazirlər kabinetində onu əvəzləyən hökuməti də az qala devirəcəkdi. Xüsusilə də Bolqarıstanın laxlayan mövqeyi özünü Ukrayna böhranına münasibətdə açıq göstərir. Digər tərəfdən Sofiya Avropa Birliyinin digər ölkələri ilə yaxınlaşmağa cəhd göstərir. Başqa bir yandan isə o, tam bir şəkildə Rusiya enerjidaşıyıcılarından asılıdır, bir çox bolqarlar Qara dəniz vasitəsilə onlardan ayrılan Rusiyaya dərin bağlılıq hiss edirlər. Buna görə də Siderov bildirir ki, əgər hazırkı bolqar hökuməti daha sərt sanksiyaları dəstəkləsə, onlar qəti müxalifətə keçəcəklər və hökumətin devrilməsinə çalışacaqlar.
Hakim Sosialist partiyası isə nəinki təkcə “Ataka” partiyasının dəstəyindən məhrum olma riski ilə üzləşib, həm də Avropa Parlamentinə may seçkiləri ərəfəsində elektoratı qıcıqlandırmaqla risk edir. “Gallup” sorğu mərkəzinin ötən həftə ölkə əhalisi arasında keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, ölkə əhalisi bölünüb: 30 faiz əhali Ukraynanın Avropa Birliyinə daxil olmasını dəstəkləyir, 27 faizsə Ukraynanın Rusiyaya yaxınlaşmasının tərəfdarıdır. Belə bir situasiyada isə hökumət qarışıq siqnallar göndərir. Bolqarıstan sanksiyaların birinci raunduna qarşı olduğunu əks etdirməyib, iki dəfə də ABŞ-la birlikdə Qara dənizdə hərbi-dəniz təlimlərinə qatılıb. Ölkənin baş naziri elan edib ki, Bolqarıstan yeni sanksiyaları dəstəkləməyəcək, amma onlara veto qoyulmasına da hazırlaşmır. Siderov isə belə düşünür: “Bolqarıstan veto qoymaq hüququndan istifadə etməlidir. Buna onun hüququ var və o zaman Avropa Birliyi veto qoya bilməz. Bu arada almanların və fransızların qeyri-rəsmi nümayəndələri belə deyirlər: “Əhsən ki, bizi xilas etdiniz”. Çünki onların Rusiya ilə ticarət dövriyyəsi on milyardlarla dollarla ölçülür”.


İlkin AĞAYEV




Xəbər 254 dəfə oxundu.