Gənclərə yol hərəkəti qaydaları ilə bağlı təlim keçirilib
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 4-cü qrant müsabiqəsinin qalibi İsmayılov Rüfət Rauf oğlunun “Yol hərəkəti qaydalarını pozmayaq” adlı layihə üzrə 10-15.04.2014-cü il tarixlərdə Universitetinin tələbələri üçün təlimlər həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan R. İsmayılov bugünkü gündə, yol hərəkəti qaydalarının əhəmiyyətini bildirərək, bəzi statistik məlumatları tələbələrin diqqətinə çatdırdı. Məlumat bildirildi ki, bu gün, yol hərəkəti qaydalarının pozulması nəticəsində xeyli sayda insanlara zərər dəyib. Bunu nəzərə alaraq hər kəsin, yol hərəkəti qaydalarının bilməsi çox vacibdir.
Daha sonra tələbələri maraqlandıran suallara cavab verilib. Onlara yol hərəkəti qaydaları haqqında buklet və cib təqvimləri paylanılıb.

Fuad

Xəbər 371 dəfə oxundu.