Ukraynada meri güllələdilər
Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes sui-qəsdə məruz qalıb. “Korrespondent.net” saytının verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 12.00-a yaxın baş verib.
Xarkov Şəhər Şurasından bildiriblər ki, G. Kernes kürəyindən güllə yarası alıb. O, hazırda xəstəxanada əməliyyat olunur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Qeyd edək ki, Xarkov Ukraynanın Rusiya ilə həmsərhəd şərq vilayətlərindən biridir. Şəhərdə bir müddətdir rusiyayönümlü separatçıların kütləvi aksiyaları keçirilir.
Tural

Xəbər 272 dəfə oxundu.