“Məhkəmələrdə nümayəndəlik” praktiki təlimi keçirildi
CLC (Corporate Legal Consultancy) şirkəti Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə ali məktəb tələbələri, ali təhsilini yeni başa vurmuş və iş üçün müraciət edən şəxslərin praktik biliklərinin artırılması məqsədilə “Məhkəmələrdə nümayəndəlik” praktiki təlimi uğurla başa çatdırıb. Təlimdə ali məktəblərin 10-a yaxın tələbə və məzunu iştirak edib. Təlim bilavasitə praktik vərdişlərin formalaşdırılması istiqamətində aparılıb. CLC (Corporate Legal Consultancy) şirkətinin direktoru Pərviz Məmmədov bildirdi ki, təlimi keçirməkdə məqsəd ali təhsil məktəblərində təhsil alan tələbələrin təhsil aldığı dövrdə paralel olaraq praktiki biliklər əldə etməsidir. Tələbələrin peşəkar karyeralarına uğurlu start verməsi üçün praktiki biliyə yiyələnmək çox vacibdir. CLC Hüquq Şirkəti ARPA ilə birgə bu cür tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırır.
Qeyd edək ki, CLC (Corporate Legal Consultancy) hüquq şirkəti 2008-ci ildən fəaliyyət göstərir. CLC hüquq şirkətinin əsas fəaliyyət isitqamətlərindən biri də borcların yığılmasında banklara, lizinq şirkətlərinə və nisyə satış həyata keçirən şirkətlərə kömək etməkdir. CLC (Corporate Legal Consultancy) hüquq şirkəti Korporativ Sosial Məsuliyyət yönümlü layihələrdə fəal iştirak edir.

Qorqud


Xəbər 288 dəfə oxundu.