“Evdə qalın, uşaqları məktəbə göndərmək tövsiyə olunmur”
Donetskdə yerli vaxtla saat 04:00-dək hərbi əməliyyatlar dayandırılıb. UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Donetsk şəhəri Voroşilov rayon Şurasının sədri İvan Prixodko özünün Facebook səhifəsində yazıb. “Antiterror əməliyyatı qərargahından alınan məlumata görə, hərbi əməliyyatlar saat 04:00-dək dayandırılıb. Əməliyyat zamanı hava limanına ciddi ziyan dəyməyib. Evdə qalın, uşaqları məktəbə göndərmək tövsiyə olunmur”, - İ.Prixodko qeyd edib.
UNİAN agentliyinin məlumatına görə isə, antiterror əməliyyatı qərargahının rəsmisi Aleksey Dmitraşkovski döyüşlərin dayandırılmasını təsdiqləyib, separatçıların ciddi itkilərə məruz qaldığını bildirib.

Tural

Xəbər 319 dəfə oxundu.