Qazaxıstan Gömrük İttifaqı üçün nə dərəcədə önəmlidir?
Gömrük İttifaqının müsbət və mənfi cəhətləri barədə Qazaxıstanda, son zamanlar daha çox danışılmaqdadır. Lakin, bununla belə, onun digər iştirakçılar üçün heç bir əks təsiri yoxdur.
Buna görə də hakimiyyət orqanları inteqrasiya çərçivəsində Qazaxıstanın bu təşkilatda hansı önəm kəsb etdiyini və ümumiyyətlə, bu ölkənin digər iki ölkə -Rusiya və Belarus üçün hansı cəhətlərinin cəlbedici olduğunu müəyyən etmək məqsədilə ekspertlərə müraciət edib.Bu barədə respondentlərin rəyləri də maraqlıdır. Məsələn, Qazaxıstanın Sərhəd Assosiasiyasının nümayəndəsi Marat Şibutov Qazaxıstanın inteqrasiya çərçivəsində Gömrük İttifaqı siyahısına başçılıq edə biləcəyi barədə dəlilləri önə çəkməyə çalışırsa, Moskvadakı "İnkişaf Mərkəzi" İnstitutunun aparıcı eksperti Sergey Puxov bununla razılaşmadığını, əksinə, bu siyahıda Qazaxıstanın heç də hər hansı bir üstünlüyündən söhbət gedə bilmədiyini dilə gətirib.
Marat Şibutovun sözlərinə görə, hazırda Qazaxıstan məhsul satışı üçün olduqca yaxşı bazardır- təkcə ötən il ölkənin idxalı 30,5 milyard dollar təşkil edib.
Satın alınan malların əksəriyyəti yüksək, əlavə məhsul hesabına başa gələn hazır məhsullardır. Bundan başqa Qazaxıstanda istehsal olunan malların əksəriyyəti Rusiya və Belarusun istehsal etdiyi malların standartları ilə üst-üstə düşür: «Rusiya və Belarusun yüksək elitası sayəsinədə Qazaxıstanda yaxşı bazar əldə edə bilərsiniz. Qazaxıstan artıq Rusiyanın qeyri-neft ixracının təxminən 20%-ni alır. Bununla yanaşı, biz kənd təsərrüfatı məhsullarının mübadiləsində də maraqlıyıq»-deyə Şibutov bildirir.
Sadalananlardan başqa, politoloq vurğulayır ki, Qazaxıstan Orta Asiya və qismən də olsa, Çin mallarının Rusiya və Belarus üçün tranzit rolunu oynayır. Təbii ki, pulsuz tranzit - indi çox önəmlidir. Eyni zamanada, Qazaxıstan kadr baxımından da Rusiya və Belarus üçün maraq kəsb edir: «Qazaxıstandakı əhalinin 9 milyonu iqtisadi cəhətdə əhalinin fəal zümrəsinə aiddir. Onların təkcə 2 milyonunu günəmuzd və işsizlər təşkil edir. Bu da istər Rusiya, istərsə də Belarus üçün yaxşı əmək mənbəyidir».
Qazaxıstan bu ölkələr üçün investisiya baxımından da faydalıdır. Hazırda ölkədə sənayeləşmə proqramı həyata keçirilir. Kifayət qədər obyektlərə malik Qazaxıstana investisiya qoyula bilər.
Həmçinin, Qazaxıstanın Çinlə, Orta Asiya ölkələri ilə yanaşı İranla da ticarət əlaqələri Gömrük İttifaqının maraqlı tərəfdaşı olduğunun bariz nümunəsidir.
Marat Şibutovdan fərqli olaraq, Serqey Puxov Gömrük İttifaqı çərçivəsində Qazaxıstanın Belarus və Rusiya üçün hansı üstünlüklərə malik olduğunu görmədiyini iddia edir: «Mən Qazaxıstan və ya Rusiyanın hər hansı üstünlükləri barədə heç nə görmürəm. Məncə, üstünlük qarşılıqlı olmalıdır. Bu istiqamətdə isə heç bir üstünlük işləmir. Bu həqiqətdir ki, Qazaxıstan Rusiya ilə paralel yolla gedir. Bu suala cavab vermək üçün «mikro səviyyə»də təmsil olunmaq lazımdır.
Məni başa düşməyə çalışın: Qazaxıstan hansı bir şəkildə Rusiya, Belarus və lap elə Ukraynaya təsir göstərə bilər? Təbii haldır ki, Gömrük İttifaqının mövcudluğu şəraitində makroiqtisadi səviyyədə mümkün sənaye səviyyəli dəyişikliklər gözlənilir”.
Ekspertə görə, Qazaxıstan Gömrük İttifaqının tərəfdaşları üçün ticarət planı deyil, investisiya, dəqiq desək, Rusiya ilə yanaşı Belarus və digər mümkün ittifaq üzvləri üçün donor rolunda çıxış edə bilər: «Eynilə neft sənayesinin mövcud nəql marşrutlarına istinadən belə bir nəticə çıxır ki, Qazaxıstan Belarusdan daha çox Çin üçün faydalı ola bilər. Qazaxıstanın inteqrasiya məsələsi də mənim üçün başadüşülən deyil. Bu, iqtisadi aspektdən daha çox, sırf siyasi aspekt xarakteri daşıyır».
Gömrük İttifaqının müsbət və ya mənfi cəhətləri barədə hər iki politoloqun mühakimələrinə rəğmən fakt faktlığında qalır. Bu təşkilat hər üç ölkənin cəmiyyətində müxtəlif baxışlara baxmayaraq, onun texniki-iqtisadi məqsədəuyğunluğu ilə önə çəkilməkdədir.
Ağasəf Babayev

Xəbər 204 dəfə oxundu.