Bakıda ilk Avropa Oyunları münasibətilə atəşfəşanlıq olacaq
Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.
Bakı Bulvarında Azərbaycanın tarixi Oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.
Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.
Tural

Xəbər 201 dəfə oxundu.