“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylər artırılmalıdır”
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylər artırılmalıdır. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör bu gün təşkilatın yay sessiyasında çıxışı zamanı bildirib.
A.Brasör deyib ki, AŞ PA bu prosesi ATƏT-in Minsk qrupu çərçivəsində dəstəkləməyə hazırdır.
O, qeyd edib: "Eyni zamanda, biz irəliləyiş üçün vacib olan etimadın və dialoqun gücləndirilməsi məqsədilə Assambleyada Azərbaycan və Ermənistandan olan nümayəndə heyətlərinin üzvləri ilə işləməyə davam etməyə hazırıq".
Tural

Xəbər 285 dəfə oxundu.