Hadid Heydər Əliyev Mərkəzi binasının dizaynına görə mükafat aldı
Zaha Hadid "Design Museum" təşkilatının "İlin dizaynı 2014" mükafatını alan ilk qadın olub.
Məlumata görə, Z.Hadidə mükafat Bakıda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə təqdim edilib.
Builki müsabiqədə yeniliklərdən biri də odur ki, Heydər Əliyev Mərkəzi dizaynerlər arasında geniş rəğbət qazanmış bu mükafata layiq görülən ilk arxitektura layihəsidir.
Müsabiqə "Arxitektura", "Rəqəmsal dizayn", "Dəb", "Mebel", "Qrafika", "Nəqliyyat" və s. kateqoriyalarda 76 nominasiya üzrə keçirilib.
Z.Hadid bu mükafatı aldığına görə çox şad olduğunu bildirib.
Saytın yazdığına görə, Heydər Əliyev Mərkəzinin arxitektura mənzərəsi şəhər üçün ictimai məkanın tamamilə yeni görkəmini yaradan axının tikişsiz məkan anlayışının həyata keçirilməsidir.
Tural

Xəbər 283 dəfə oxundu.