“Atəşkəsi pozaraq prezident Poroşenko böyük səhvə yol verib”
Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada baş verənlərə görə məsuliyyəti şəxsən prezident Pyotr Poroşenkonun üzərinə qoyub.
“Lenta.ru”nun verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri özünün “Facebook” səhifəsində yazıb.
Dmitri Medvedev Ukraynada baş verənləri belə şərh edib: “Atəşkəsi pozaraq prezident Poroşenko böyük səhvə yol verib. Bu yalnız qurbanların sayını artıracaq. Buna görə məsuliyyət isə artıq şəxsən onun üzərindədir”.
Medvedev həmçinin qeyd edib ki, Poroşenkonun hərəkətləri danışıqlara qayıdışı çətinləşdirir, Rusiya və Ukrayna arasında münasibətləri mürəkkəbləşdirərək bir sıra məsələlər üzrə əməkdaşlığı mümkünsüz edir.
Tural

Xəbər 300 dəfə oxundu.