David Usupoviç Azərbaycana səfərə gəlib
Gürcüstan parlamentinin sədri David Usupaşvili iyulun 6-da Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Aeroportda jurnalistlərə müsahibə verən D.Usupaşvili bildirib ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, o cümlədən iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.
Səfər çərçivəsində Gürcüstan parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Tural

Xəbər 309 dəfə oxundu.