Mərkəzi Bankın strateji valyuta ehtiyatları 15 milyard dolları ötüb
2014-cü ilin birinci yarısının yekunları üzrə Azərbaycan Mərkəzi Bankının sərəncamında olan strateji valyuta ehtiyatları 15,163 milyard dollar təşkil edir. Bu barədə AMB-nin saytında yerləşdirilən məlumatda deyilir.
İllik hesablamada AMB-nin valyuta ehtiyatları 19,2 faiz, yaxud 2,44 milyard dollar artıb. Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında onların həcmi 12,72 milyard dollar olub.
Əvvəlki illərdə olduğu kimi, ölkənin hazırkı mövqeyi əlverişli səviyyədədir.
Bir müddət əvvəl AMB sədrinin müavini Aftandil Babayev Trend-ə bildirmişdi ki, tənzimləyici 2014-cü ilin sonuna öz ehtiyatlarının həcmini 16 milyard dollara çatdırmağı planlaşdırır: "Hərçənd bizim məqsədimiz ehtiyatların artırılması deyil, onların sabitliyidir".
Tural

Xəbər 337 dəfə oxundu.