“Naxçıvan Muxtar Respublikasının dialektoloji atlası” hazırlanır
Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu uğurlu tədbirlər reallaşdırır. İnstitutdan bildiriblər ki, bu elm müəssisəsinin dil tarixi və dialektologiya şöbəsinin nəzdində yaradılmış dialektoloji atlas qrupu ilə görüş keçirilib. Görüşdə Naxçıvanda ezamiyyətdə olmuş, Naxçıvan şəhərində, Sədərək və Babək rayonlarında müvafiq materiallar toplamış dialektoloji ekspedisiya üzvlərinin hesabatları dinlənilib. Həmçinin ekspedisiya üzvlərinin növbəti mərhələdə Culfa, Şərur, Ordubad və Şahbuz rayonlarına 10 günlük səfəri nəzərdə tutulub, araşdırılacaq elmi istiqamətlər müzakirə olunub. Görüşdə institutun direktoru Tofiq Hacıyevin ideya rəhbəri olduğu “Naxçıvan Muxtar Respublikasının dialektoloji atlası”nın bu ilin sonunadək başa çatdırılması ilə bağlı müəlliflərin fikir və təklifləri də dinlənilib, görüləcək işlərin planı müəyyənləşdirilib.

Nigar

Xəbər 341 dəfə oxundu.