BMT rəsmisi: “Azərbaycan BMT-nin proqramlarına donorluq edəcək səviyyədədir”
Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə görüş keçirilib. Görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, gömrük sahəsində müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkili olduqca vacibdir: “Həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı mübarizə fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarının peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qabaqcıl təcrübə ilə tanışlıq məqsədi ilə qarşılıqlı səfərlərin reallaşması da mühümdür”.
Komitədən verilən məlumata görə, Ə.Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından da bəhs edib.
UNODC İcraçı direktorunun kabinet rəhbəri Roberto Arbitrio Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyi və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə gəldiyini vurğulayıb.

Fuad

Xəbər 325 dəfə oxundu.