“Veysəloğlu“ və “Ulduz“ media təmsilçilərini təbrik edib
"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabriki jurnalistləri 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edib. Jurnalistlər üçün iftar süfrəsi açan "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabriki, Milli Mətbuatın 139 illiyi münasibəti ilə münasibətilə təbrik edərək qələm əhlinə hədiyyələr təqdim edib.
Tədbirdə ölkənin tanınmış qəzet və internet saytlarının redaktorları ıiştirak ediblər. Tədbirdə çıxış edən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə jurnalistlərə işlərində uğurlar arzulayaraq, bu tədbirin təşkil edilməsinin "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabrikinin media təmsilçilərinə verdiyi dəyərin kiçik təzahürü olduğunu söyləyib. Jurnalistlər isə öz növbəsində tədbirin təşkilatçısı olan "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabrikinin rəhbərliyinə media nümayəndələrinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, "Veysəloğlu" Şirkətlər Qrupu Azərbaycanda ən böyük distribyüter şirkətidir. Dünyanın 100-dən artıq fabrikinin məhsullarının Azərbaycanda dağıtımını təşkil edir.
Fuad

Xəbər 597 dəfə oxundu.