“BRICS qlobal iqtisadiyyatda üstünlük əldə edə bilərmi?”
Ötən ay iqtisadiyyatı inkişafda olan beş ölkə- Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası Avropaya «əlcək atmaq» təsiri bağışlayan yeni inkişaf bankı- "BRICS bank"ı təsis etdilər. Bu bank bir növ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun xüsusiyyətlərini özündə birləşdirir. Bununla belə, Çin Asiya İnkişaf Bankına rəqib olacaq infrastruktur sərmayələri üçün Asiya bankının yaradılmasını da təklif edir. Xatırladaq ki, Çinin bu təklifi institusional dünya iqtisadiyyatı üçün ciddi problem yarada bilər. “The National Interest” yazır ki, bunun psixoloji səbəbi aydındır: son illərdə inkişaf etməkdə olan ölkələr iqtisadiyyata məsul idarəçilərin itirilmiş nüfuzuna və yeni səlahiyyətlərin artmasına düzgün cavab verə bilməmək.
Yeni yaradılan bu institutlar idarəetmənin təkmilləşdirilməsinə necə yardımçı ola biləcək, təbii ki, indi bu barədə danışmaq çətindir. İlk baxışdan, «BRICS bankı»nı ciddi qəbul etmək çətindir. Bankın qurucularını Qərbə siqnal göndərmək üçün ortaq bir istək birləşdirir. Bundan əlavə, bu ölkələrin müxtəlif iqtisadi çəkisi, müxtəlif siyasi oriyentasiya və geostrateji maraqları var. Bundan başqa, bankın orijinal ödənilmiş kapitalı yalnız 10 milyard dollardır. Bu məbləğ isə bankın yardımından yararlanmaq istəyən ölkələr üçün okeanın bir damlasına bərabərdir.
Buna baxmayaraq, «BRICS bankı» qlobal iqtisadiyyata nəzarət edəcək bir qurum kimi, dünyanın real narazılığı ilə qarşılanmaqdadır. Hazırda inkişaf etməkdə olan ölkələrdə Amerika Birləşmiş Ştatları və Avropa Birliyindən qaynaqlanan sabit maliyyə böhranı nəzərə çarpır. Əgər «BRICS bankı» səmərəli şəkildə idarə oluna bilsə, o, dünya inkişafı üçün faydalı töhfə verə bilər. Lakin unutmaq lazım deyil ki, o da son yeddi ildə BRICS ölkələrini cəlb edən qlobal sistemi poza bilər.
BRICS ölkələrinin infrastrukturun davamlı inkişafına investisiya ayırmasını alqışlamaq olar. Dünya Bankının dəyərləndirmələrinə görə, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin infrastrukturuna bir trilyon dollar investisiya ayırmaq lazımdır. Çin və digər uğurlu inkişaf etməkdə olan ölkələrin təcrübə və resurslarını kasıb ölkələrlə paylaşa bilməsi, bütün dünyanın rifahı üçün təminat ola bilər. Amma bu, yeni institutlar üçün, xüsusilə də, bir sıra ciddi məsələnin önəmliliyi onun idarə olunması ilə bağlıdır. «BRICS bankı»nın təsisçiləri iddia edirlər ki, mövcud qrup daxilində səsləri bərabər bölmək və yeni qoşulan üzvlərin fraksiyasını müəyyən etmək niyyətindədirlər. Bütün bunlara rəğmən, maraqlısı odur ki, görəsən CAR həqiqətən, Çin ilə paralel investisiya həyata keçirə bilər? «Səslərin bərabər bölməsi» deyərkən Pekin buna etiraz etməzdimi? Daha bir məqam. Bu beş qurucu ölkənin birgə payı 55% ərəfəsinə çatdıqdan sonra nə olacaq, bu da aydın deyil. Maraqlıdır, «BRICS bank» Şanxayda yerləşəcək qərargahına yüksək personal cəlb edə biləcəkmi? Kreditlər hansı şərtlar altında veriləcək və ya hansı maliyyə və ekoloji tələblər tətbiq olunacaq? Bütün bunlar açıq olaraq qalır.
Bununla belə, «BRICS bank» Şimali Amerika, Avropa və Şərqi Asiyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatları üçün bir həyəcan siqnalıdır.
Ağasəf Babayev

Xəbər 321 dəfə oxundu.