Daha bir amerikalı jurnalist edam edildi
“İslam Dövləti” terrorçu qruplaşması ABŞ-ın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.
“Röyters”in verdiyi xəbərə görə, video görüntüdə terrorçular həmçinin digər əcnəbi girovun edam ediləcəyi ilə hədələyiblər. Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Xeyns olacağı bildirilir.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam ediblər.
Tural

Xəbər 347 dəfə oxundu.