Məzəm kəndində yeni məktəb binası istifadəyə verilib
Dünən Qazax rayonunun Ermənistan ilə sərhəddə yerləşən Məzəm kənd ibtidai məktəbi üçün 80 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Milli Məclisin deputatı Əhməd Vəliyev çıxış edərək müəllim və şagirdləri təbrik ediblər. Bildirilib ki, yeni məktəb binasında hər cür şərait yaradılıb. Prezidentin tapşırığı əsasında rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmiri və yeni məktəb binalarının tikintisi bundan sonra daha da sürətləndiriləcək. Qeyd edilib ki, yaradılmış şərait təhsil işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur.

Xəbər 364 dəfə oxundu.