Bakıda ilk dəfə elm festivalı keçiriləcək
Azərbaycan gənclərinin elmə artan marağı çərçivəsində bu ilin noyabrında ilk dəfə Bakı Elm Festivalı keçiriləcək. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.
Onun sözlərinə görə, AMEA-nın, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və digər strukturların təşkil etdikləri festival noyabrın 10-11-də keçiriləcək: "Müvafiq qərar artıq qəbul edilib və biz hazırlıq işləri görürük".
A.Əlizadə deyib ki, bu, Azərbaycanda belə tədbirlərin keçirilməsində ilk təcrübə olduğuna görə festival yalnız Bakını əhatə edəcək: "Əgər bu təcrübə öz səmərəliliyini sübut edərsə, gələcəkdə festival bütün ölkə səviyyəsində keçiriləcək".

Nigar

Xəbər 348 dəfə oxundu.