Baş Prokurorluq vətəndaşların müraciətlərini elektron qaydada cavablandıracaq
Azərbaycan Baş Prokurorluğu vətəndaşların müraciətlərini elektron qaydada cavablandıracaq.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq, ərizə və şikayətlərin baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.
Vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə etməklə daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə verilən cavabın onlara operativ çatdırılmasının, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılıb.
Prokurorluğa müraciət etmiş vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.
Tural

Xəbər 275 dəfə oxundu.