“Sərt və çirkin kampaniyalara baxmayaraq, seçkinin baş tutduğu göz qabağındadır“
Rəsmi Moskva Ukraynada keçirilən növbədənkənar parlament seçkilərini baş tutmuş sayır. Biz rəsmi nəticələri gözləyirik. Hələlik olduqca ziddiyyətli məlumatlar var. Lakin sərt və çirkin kampaniyalara baxmayaraq, seçkinin baş tutduğu göz qabağındadır". Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Onun sözlərinə görə, Ukraynada qüvvələr balansı ölkə rəhbərliyinə cəmiyyətdəki köklü problemlərin həlli ilə ciddi məşğul olmağa imkan verir. "Yeni Ali Radada cəmiyyətin bütün üzvləri, regionların nümayəndələri ilə birbaşa dialoq qurmaq, problemlərin diplomatik yolla həllinə səy göstərmək lazım olacaq", - deyə o vurğulayıb.
Tural

Xəbər 215 dəfə oxundu.