“Sanksiyaların ləğvi üçün heç bir əsas yoxdur”
“Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləvği üçün heç br əsas yoxdur”. “Associated Press”in xəbərinə görə, bunu Almaniya federal kansleri Angela Merkel deyib.
A. Merkel Ukraynadakı münaqişənin diplomatik yolla həllini dəstəklədiklərini söyləyib: “Ancaq qeyri-qanuni seçkilərə nəzər salsaq, görərik ki, əldə olunan razılaşmalara əməl etmək nə qədər çətindir. Rusiya bu münaqişənin həllinə bizim istədiyimiz şəkildə öz töhfəsini vermir. Bu səbəbdən də sanksiyalar labüddür və onların ləvğ olunması üçün heç bir səbəb yoxdur”.

Xəbər 463 dəfə oxundu.