Kənd təsərrüfatı məhsulları ilə bağlı milli proqram hazırlanacaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda “Təkmilləşdirilmiş dəyərlər zənciri koordinasiyası üçün bacarıqların və idarəetmənin səviyyəsinin yaxşılaşdırılması” layihəsini həyata keçirməyə başlayıb. Layihənin yekunu olaraq kənd təsərrüfatı məhsullarının marketinq sisteminin inkişafı üçün təkmilləşdirilmiş milli proqram hazırlanacaq.
FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova məlumat verib ki, layihənin məqsədi kənd təsərrüfatında dəyər zəncirinin inkişafı və koordinasiyası üçün daha effektiv və əhatəli marketinqi siyasətinin formalaşdırılmasıdır. Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölməsinin funksional və təşkilati baxımdan gücləndirilməsi, səmərəli kənd təsərrüfatı dəyər zəncirlərinin əlaqələndirilməsinə dəstəyin təmin edilməsi, nazirliyin aidiyyəti bölmələrinin əməkdaşları üçün bazarın təhlili və inkişafına dair hesabatın, monitorinqin aparılması sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Gələn ilin sonunda başa çatacaq layihənin dəyəri 305 min dollardır.

Nigar

Xəbər 468 dəfə oxundu.