Azərbaycan Tələbə Şəbəkəsinin üzvləri Almaniyada görüş keçiriblər
Azərbaycan Tələbə Şəbəkəsinin nümayəndələri “Yaşıllar” partiyasının millət vəkili Dr. Rəhim Şmitin (Schmidt) dəvəti və Reynland-Pfalts federal vilayətinin maddi dəstəyi ilə Maynts şəhərindəki parlamenti ziyarət etdi.
Qeyd edək ki, Almaniyanın 16 federal əyaləti var və onların hər birinin öz yerli məclisi var. Maynts şəhərindəki Landtag Reynland-Pfalts federal torpağın yerli məclisidir.
Şəbəkənin üzvləri federal parlamentin strukturu, funksiyaları və fəaliyyəti ilə tanış olub, millət vəkili ilə fikir mübadiləsi aparıblar.
Maynts şəhərini tanıma məqsədilə təşkil edilmiş tur zamanı, gənclər bu bölgədə hər il keçirilən karnavalın şahidi olublar.

Tural

Xəbər 522 dəfə oxundu.