Bakıda III Beynəlxalq Uşaq Konfransı
Bu gün Bakıda “3R – Reuse, Reduce, Recycle” (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında III Beynəlxalq Uşaq Konfransı öz işinə başlayıb.
“Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən olan məktəblilərin də iştirak etdiyi konfrans Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-in təşkilatçılığı ilə keçirilir.
Tədbir Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belorusdan olan xarici iştirakçıların Şəhidlər Xiyabanını ziyarəti ilə başlayıb. Xarici iştirakçılar Azərbaycanın yeni tarixi barədə məlumat əldə edib.
Qala qəsəbəsində yerləşən Etno-Ekoloji Mərkəzdə təşkil olunan rəsmi açılış mərasimində iştirakçılara “Təmiz Şəhər” ASC-in şöbə müdiri Oqtay Məmmədov və təşkilatçı qurum olan “EkoSfera” Mərkəzinin rəhbəri Firuzə Sultanzadə ətraf mühit, tullantıların idarə olunması, həyata keçirilmiş və icra olun layihələr, gələcək planlar barədə verdiyi faydalar barədə məlumat verilib. Tədbirdə yerli ekspertlərlə yanaşı, xarici ekspertlərin də çıxışları və təqdimatları dinlənilib. Məktəblilər daha sonra komandalara bölünərək ekoloji layihələrin hazırlanmasına başlanılıb.
Tədbirin ilk gününün sonunda Qala qəsəbəsində yerləşən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə səfər təşkil edilib.
Tədbirin növbəti günündə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarında keçiriləcək maarifləndirici tur təşkil ediləcək və burada onlar tullantıların idarə edilməsi ilə əyani tanış olub, onları maraqlandıran suallara mütəxəssislərdən cavab ala biləcək. Uşaqlar həmin gün Heydər Əliyev Mərkəzini də ziyarət edilməsi gözlənilir.
Tədbirin 3-cü günü isə ASAN Xidmət Mərkəzində keçəcək. Konfrans iştirakçıları könüllü kimi ASAN üçün işləyəcək və “Təmiz ASAN” layihəsi çərçivəsində ASAN xidmət mərkəzlərində tullantıların çeşidlənməsi işini təşviq edəcəklər.
Tədbir 15 noyabr – Ümumdünya Tullantıların İdarəçiliyi günü yekunlaşacaq.
Tural

Xəbər 472 dəfə oxundu.