“Azərbaycanı yalnız məlumatsız və qərəzli insanlar tənqid edirlər
“Yalnız məlumatsız və siyasi baxımdan qərəzli insanlar Azərbaycanın ünvanına tənqid söyləyə bilərlər”. Bunu elektron ünvan vasitəsilə “Trend”ə Con Hopkins Universitetinin Transatlantik Münasibətlər Mərkəzinin baş elmi işçisi, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasının keçmiş yüksəkvəzifəli məmuru Devid Merkel deyib.
Onun sözlərinə görə, bir çox hallarda Azərbaycanın ünvanına tənqid yersizdir və düzgün məlumatı olmayan insanlar tərəfindən söylənilir: "Daha çox da regionda az təcrübəsi olanlar və ikili standartların tərəfdarları tənqid edirlər". Ekspert bildirib daha çox ucadan və tez-tez danışanlar Azərbaycandakı yaxşılaşmanı görməyiblər və Azərbaycan xalqının, gənclərinin öz ölkələrinin parlaq gələcəyi haqqında hisslərini bölüşmək üçün onlarla söhbət etməyiblər. D.Merkel əlavə edib ki, Azərbaycana ilk dəfə 1994-cü ildə gəlib və həmin vaxtdan ölkəmizə tez-tez səfər edib: "Mən Azərbaycan vətəndaşlarının həyatındakı açıq-aydın yaxşılaşmanın səsvermənin nəticələrində əks olunduğunun şahidi olmuşam. Bu amil ABŞ və Avropanın bütün liderlərini qısqanclıqla yanaşmağa vadar edir. Azərbaycan xalqı birmənalı olaraq inanır ki, Prezident İlham Əliyev ölkəni düzgün yolla aparır. Azərbaycanda insanların həyatı müstəqillik qazandıqdan sonra xeyli yaxşılaşıb". Ekspert qeyd edib ki, bugünkü Azərbaycan şübhəsiz ki, ABŞ-ın SSRİ-nin tərkib hissəsi kimi tanıdığı ölkələr arasında ən qabaqcıldır: "Üstəlik, ölkənin çətin qonşusu olması və torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə rəğmən. Qonşu ölkələrin sakinləri də Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqının müstəqillik, çiçəklənmə və sabitliklə təmin edilməsinə qısqanclıqla baxırlar". Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın sadiq dostu və müttəfiqidir, həmçinin ölkəmizin Avropa, ABŞ və dünyada əhəmiyyəti artır: "Bu alqışalayiqdir, çünki Azərbaycan çox şey təklif edir. Təəssüf ki, Azərbaycana yalnız mənfi, köhnəlmiş çərçivədən baxanlar var və Bakının dünya arenasında artan nüfuzundan qorxurlar".

Xəbər 441 dəfə oxundu.