Litvada Azərbaycanla bağlı müsabiqə keçirilib
Litvanın Kaunas şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL), Litva DJ-lər Assosasiyasının təşkilatı dəstəyi ilə "DJ Contest" (DJ müsabiqəsi) adlı layihə icra olunub.
Tədbirdə Litva DJ-lər Assosasiyasının seçimlərindən keçmiş on DJ öz gücünü sınayıb. Finala çıxan üç DJ münsiflər heyəti tərəfindən seçilmiş müasir Azərbaycan müsiqilərindən birinin üzərində öz performanslarını göstəriblər. Qalib olmuş Simonas Kuoqaylayla yanaşı digər qaliblərə də qiymətli hədiyyələr və diplomlar təqdim olunub, qalan yeddi iştirakçı isə sertifikatla mükafatlandırılıb. Qeyd edək ki, münsiflər heyətinin üzvləri rejissor Rüfət Həsənov, məşhur cazz ifaçısı Ülviyyə Rəhimova, Litva DJ-lər Assosasiyasının rəhbəri Raimondas Vanaqas və AYOL-un sədri Şahsuvar Hacızadə olub.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin, müasir musiqisinin Litvada ictimaiyyəti arasında təbliği və Avropa mədəniyyətinə inteqrasiyasına dəstək göstərməkdir.
Layihənin rəhbəri Aqil Qasımzadə bildirib ki, gənclər arasında keçirilən müasir musiqili müsabiqə Kaunas şəhərində böyük marağa səbəb olub, Azərbaycan mədəniyyətinin bu tip müsabiqələrə biganə qalmadığını, Avropa mədəniyyətinə nümunə ola biləcəyini bir daha göstərib.

Fuad

Xəbər 355 dəfə oxundu.