Qılıncoynadanlarımız Türkiyədən medallarla qayıdıblar
Türkiyənin Kocaeli şəhərində qılıncoynatma üzrə beynəlxalq turnir keçirilib. Yarışda 23 ölkədən şpaqa və rapiraçılar mübarizə aparıblar. Azərbaycan yarışda 15 kişi, 5 qadın şpaqaçı ilə təmsil olunub. İdmançılarımızdan yeddisi “Gömrük”, üçü “Fencing” klublarının üzvləridir.
Təmsilçilərimizdən Kənan Əliyev 9 qələbədən sonra yarımfinalda italiyalı D’andrassi Edoardoya uduzaraq gümüş medalla kifayətlənib. İtaliyalı idmançı finalda Vəkil Nəsibova qalib gəlib. V.Nəsibov yarışın bürünc medalına sahib olub. Hər iki idmançı “Gömrük” klubunda çıxış edir. Bu klubun qadın idmançıları Samirə Hüseynova 11-ci, Elmira Xudaverdiyeva isə 20-ci yerləri tutublar. Turnirdə Azərbaycan ilə yanaşı, Braziliya, Argentina, Avstriya, İtaliya, Makedoniya, Sloveniya, Küveyt, Belarus, Türkmənistan, Gürcüstan və Türkiyə qılıncoynadanları iştirak ediblər.

Xəbər 283 dəfə oxundu.