“Barselona“da Messi dönəmi başa çatır“
“Barselona" klubunun hücumçusu Luis Suares baş məşqçi Luis Enrike ilə problem yaşadığı iddia olunan və komandadan ayrılacağı söylənilən Lionel Messi haqda danışıb.
"Cadena SER"ə danışan uruqvaylı futbolçu "Barselona"da Messi dönəminin başa çatmaq üzrə olduğunu bildirib: "Məncə, Messi "Barselona"da olmaqdan məmnundur. Onu bu səviyyəyə "Barsa" gətirdi. Kiçik yaşlarından hər zaman yanında oldu. Ancaq astronomik təklif gələrsə, Messi komandadan ayrıla bilər. "Barselona"da Messi dönəminin sona yaxınlaşdığını söyləmək olar". Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsinin müddəti 2018-ci ildə başa çatacaq.

Xəbər 307 dəfə oxundu.