Macarıstanın “immiqrantlar üçün hədəfə çevrilməsinə” yol verilməyəcək
Macarıstanın baş naziri Viktor Orban Fransanın M1 televiziyasına müsahibəsində Avropa İttifaqı ölkələrinə immiqrasiyanı məhdudlaşdırmağa çağırıb.
Orban deyib: “İqtisadi miqrasiya Avropa üçün yaxşı hal deyil. Bunu ona görə faydalı hesab etmək lazım deyil ki, bu, avropalılar üçün yalnız xoşagəlməz hallara səbəb olacaq və təhlükə doğuracaq. Buna görə immiqrasiyaya son qoyulmalıdır, Macarıstanın mövqeyi belədir.
“Siyasi səbəblər üzündən həyatını qorumaq üçün öz ölkələrini tərk edənlər “sığınacaq” almalıdırlar, lakin Macarıstan iqtisadi miqrantlara bu cür sığınacaq verə bilməz”, - deyən Orban əminliklə bildirib ki, Macarıstanın “immiqrantlar üçün hədəfə çevrilməsinə” yol verməyəcək.
Baş nazir vurğulayıb: “Mədəni xüsusiyyətləri fərqli, keçmişi müxtəlif olan azlıqların bizim aramızda yaşamasını istəmirik. Biz istərdik ki, Macarıstan necə varsa, elə də qalsın”.

Tural

Xəbər 313 dəfə oxundu.