Ukraynadakı gənclərimiz mükafatlandırılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Biləşmiş Diasporunun mərkəzində, Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının və Azərbaycan –Slavyan Gənclər Assosiasiyasının təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ÜAGT –nın icraçı drektoru Elmeddin Zərbəlizadə azərbaycanlı gəncləri Gənclər Günü münasibəti ilə təbrik edib. Gənclərin Azərbaycanın indiki dövründə ictimai və siyasi arenalarda fəal iştirakından danışıb. O qeyd edib ki, təməli ulu öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimiz bu gün Azərbaycanı dünyanın hər yerində müsbət şəkildə təbliğ edirlər. ÜAGT –nın müavni və səfirliyin işçisi İsgəndər Zamanov ÜAGT –nın azərbaycançılığı yüksək səviyyədə təbliğ edən dövlətçi gənclərdən qurulduğunu, hər zaman bu yolun yolçusu olacaqlarını bildirib. O, Ukraynada yaşayan və təhsil alan gənclərə uğurlar arzulayıb. Bundan əlavə, ÜAGT üzvüləri Kamal Qurbanov, İpək Hüseynzadə, Ukrayna vətəndaşı olan gənc ictimai fəal Coşqun Sabirli, Gənclər Dünyası təşkilatının sədri Nicat Mirzəyev çıxış edərək gənclərimizi tərik edib, onlara uğurlar arzulayıblar. Tədbirin gedişində UABD-nın sədri Hikmət Cavadovun , ÜAGT sədri Elsevər Paşayevin və ÜAGT – na daxil olan ASGA və Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyinin başçısı ÜAGT idarə heyətinin sədri Xəzri Elxanoğlunun təbrikləri Elməddin Zərbəlizadə tərəfindən gənclərimizə çatdırılıb. Tədbir iştirakçıları sonra gənclər siyasətindən, lobbiçilikdən və 2015-ci ildə görəcəkləri işlər barəsində müzakirə aparıblar. Tədbirin sonunda Elməddin Zərbəlizadə tərəfindən aktiv ictimai fəaliyyətlərinə görə Nigar Əmirzadə, İpək Hüseynzadə , Fəxrəddin İsgəndərzadə, Nicat Mirzəyev ÜAGT –nın fəxri diplomu ilə mükafatlandırılıblar.

Fuad

Xəbər 484 dəfə oxundu.