Dünya jurnalistlərinə müraciət olunub
“Dayan, təcavüzkar jurnalistika! Yaşasın sülhsevər qələm”!

Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə koordinatoru və Ukraynada aparıcı məlumat saytlarından olan newsplanet.com.ua (xəbərlər planeti) saytının baş redaktoru Qaraş Tağıyev dünya jurnalistlərinə müraciət edib. Müraciətdə bildirilir ki, kütləvi informasiya vasitələri cəmiyyətin həyatına böyük təsir, xüsusi istisna göstərir: “Bu baxımdan, jurnalistika dini, millətlərarası münasibətlər kimi incə sahələrlə bağlı dərc edilən materialların nəticələri haqqında düşünməyi lazımlı hesab etməlidir. Sirr deyil ki, KİV cəmiyyətdə millətlər, xalqlar arasında birliyin, həmrəyliyin bərqərar olmasını təmin etmək iqtidarında olduğu kimi, cəmiyyətdə sabitliyin pozulması, gərginliyin dərəcəsinin artırılmasına imkan yaratmaq kimi potensiala malikdir”.
Q.Tağıyev həmkarlarımızı millətlərin şəxsində düşmən obrazının yaradılmasına şərait yaradan materialların nəşr olunmasından inkar etməyə çağırır: “Şəxsiyyəti, insan saxlamlığını təhrik edən və təhqiredici terminlərdən istifadə etməyək!
Dini və millətlərarası münasibətlərin işıqlandırılmasına son dərəcə diqqətli, həssas olaq!Həmçinin, dünyada ən böyük regional təşkilatlardan biri olan, təhlükəsizliyin təminatçısı olan ATƏT-ə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün yaradılmış - BMT-yə, YUNESKO-ya, dünyanın dövlət və qeyri-hökumət təşkilatlarına, söz azadlığı məsələləri üzrə Komitəyə, müraciət edərək, Kütləvi informasiya vasitələrlərinin fəaliyyətində tolerantlığın, sülhsevərliyin əsas amil olması istiqamətində lazımı addımlar atılmasına şərait yaradılmasını xahiş edirəm.Kütləvi informasiya vasitələrlərinin müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmaları təmin edən modellərin axtarışına imkan yaratmağı və bununla dünya ictimaiyyətində sabitliyin saxlanılmasına yönəldilmiş səyləri dəstəkləməyi xahiş edirəm”.
Müraciətdə jurnalistlərə gündəlik fəaliyyət prosesində "Dayan, təcavüzkar jurnalistika! Yaşasın sülhsevər qələm"! şüarını qəbul etmək təklif olunur.

Fuad

Xəbər 258 dəfə oxundu.