Velosipedçilərimiz ilk lisenziya xallarını qazanıb
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) birgünlük "İzola" Qran-Prisində Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb. Yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. Yığmamızın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin, həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.

Xəbər 255 dəfə oxundu.