Amerikalı professor Qafqaz Universitetində təhsili yüksək qiymətləndirib
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanda Amerika həftəsi proqramı çərçivəsində universitetin akt zalında Tulane Universitetinin professoru Elio Brancafortenin təqdimatında seminar təşkil edilib. Seminardan öncə Qafqaz Universitetinin rektoru profesor Ahmet Saniç qonaqlara universitetlə bağlı ətraflı məlumat vermiş ,maddi-texniki baza ilə tanış edib. Qafqaz Universiteti ilə tanış olan Amerikalı Professor universitetdə təhsilin səviyyəsini və modernizasiyasını yüksək qiymətləndirib. Görüş zamanıTulane Universiteti və Qafqaz Universiteti arasında ortaq əməkdaşlıq müzakirə edilib. Qafqaz Universitetinin Pedaqoji fakultəsinin müəllimləri ilə birlikdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələrdə aparılıb.
Amerika Birləşmiş Ştatlarının Səfirliyi tərəfindən idarə edilən Fullbright proqramı çərçivəsində Azərbaycanda tədqiqat aparan Amerika Birləşmiş Ştatlarının Tulane Universitetinin professoru Elio Brancaforte özünəməxsus üslubla Amerikada İmmiqrant həyatı və öz ailəsinin immiqrant həyatı ilə əlaqədar təcrübələrini tədbir iştirakçıları olan universitetin professor-müəllim heyəti ilə bölüşüb. Təqdimat zamanı professor Brancafortenin istifadə etdiyi metod xüsusilə vurğulanmalıdır. Metoforadan istifadə edən professor Brancaforte 20-ci əsrin ortalarında Avropadan Amerikaya immiqrasiya edən valideynlərnin təcrübəsindən danışaraq öz təqdimatına xüsusi rəng qatıb. Metaforanın əsas məqsədi isə müxtəlif etnik köklərdən olan insanların Amerika Birləşmiş Ştatlarında necə cəmiyyət formalaşdırdıqlarını əks etdirmək olub. Qeyd edək ki, professor Brancaforte doktorantura dərəcəsini Harvard Universitetində Müqayisəli Ədəbiyyat üzrə alıb. Bakalavr dərəcəsini Wisconsin-Madison Universittetində başa vurduqdan sonra Tübingen Universiteti və Con Hopkins Universitetində magistratura dərəcəsini əldə edib. Brancafortenin elmi maraqları səyahət ədəbiyyatı, mədəniyyətlər mübadiləsi, təmsil nəzəriyyəsi, Alman barokka dramı və kartoqrafiya kimi sahələri əhatə edir. Brancaforte Amerika ilə yanaşı Tiflis, Oxford, Lizbon, Münih Peterburq və Tehran kimi şəhərlərin müxtəlif universitetlərində mühazirələr oxuyub. Bununla yanaşı o, bir çox məqalə və kitabların müəllifidir. Amerika və xarici ölkələrdə apardığı elmi araşdırmalara görə bir çox mükafatlar qazanıb. Hazırda professor Brancaforte Tulane Universitetində dilçilik, ədəbiyyat və mədəniyyət kimi müxtəlif sahələrdə akademik fəaliyyətini davam etdirməkdədir.
Seminardan sonra professor Elio Brancaforteyə Qafqaz Universtietinin rektoru tərəfindən təşəkkürnamə təqdim edilib. Professor Brancaforte də qonaqpərvərliyə görə Qafqaz Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

İlkin

Xəbər 339 dəfə oxundu.