Kürdəmirdə 565 məcburi köçkün ailəsinə yardım edilib
Novruz bayramı münasibətilə Kürdəmirdə məskunlaşan 565 məcburi köçkün ailəsi ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin əməkdaşları Mübariz Məmmədov, İlham Məmmədov, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının gəlişi ilə əlaqədar iştirakçıları təbrik edib, ölkəmizdə məcburi köçkün və qaçqın ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Görüşdə 565 məcburi köçkün ailəsinə Ədliyyə Nazirliyi tərəfindən yardım verilib.

Xəbər 337 dəfə oxundu.