Moskvadan Bakıya yeni avtobus reysləri
Aprelin 1-dən etibarən Moskvanın yeni açılmış “Yujnıye vorota” avtovağzalından Bakıya avtobus reysləri başlayıb.
Rusiya KİV-nin yaydığı məlumata görə, yeni avtovağzalda Rusiyanın cənub regionlarına, eləcə də MDB ölkələrinə avtobus reysləri həyata keçirilir.
“Hazırda Rostov-na-Donu, Tulu, volqoqrad, Elistu, Stavropol, Lipetsk, Həştərxan, Krım şəhərləri, eləcə də Azərbaycan və Moldovaya reyslər təsdiqlənib. İlk reyslər aprelin 1-dən başlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “Yujnıye vorota” sutkanın 24 saatı boyunca fəaliyyət göstərir və gün ərzində 200-dən çox avtobus reysinin keçirilməsi nəzərdə tutulub.
Tural

Xəbər 358 dəfə oxundu.