Qafqaz Universiteti dünyanın aparıcı universitetləri xəritəsində
Qafqaz Universiteti Harvard Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetinin Dünya Ədəbiyyatı İnstitutunun üzvü seçilib. Təşkilatın üzv universitetləri arasında Harvard Universiteti ilə yanaşı dünyanın digər aparıcı universitetlərindən ABŞ-ın Prinston, Yel, Kolumbiya, Miçiqan, Vanderbilt universitetləri, İngiltərənin Warwick, Durham universitetləri, Almaniyanın Heydelberq və Lüdviq Maksimilians universitetləri, Kanadanın Toronto, Konkordiya, Simon Freyzer və York universitetləri, İsrailin Hebru, Yerusəlim universitetləri, Yaponiyanın Tokiyo, Avstraliyanın Monaş və Milli Universiteti, Danimarkanın Kopenhaqen Universiteti, İsveçin Stokholm Universiteti, Çinin Fudan və Honq-Konq Universiteti yer alır.
Əməkdaşlıq çərçivəsində üzv universitetlərin müqayisəli və dünya ədəbiyyatı kafedralarının əməkdaşları beynəlxalq simpoziumlar həyata keçirir, konfranslarda qloballaşan dünyanın ədəbi məsələlərinin müzakirəsini aparır, dünya ədəbiyyatı kurslarının tədrisi metodologiyalarını araşdırırlar. Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi kafedrası da yuxarıda adları çəkilən universitetlərin dünya və müqayisəli ədəbiyyat institutları və mərkəzləri ilə rəsmi əməkdaşlıq edir.
Harvard Universitetinin Dünya Ədəbiyyatı İnstitutunun növbəti akademik tədbiri Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. Qafqaz Universitetinin də əməkdaşları artıq bu tədbirə dəvət alıblar.

Qorqud




Xəbər 414 dəfə oxundu.