Deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib
Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd ola bilməyən iş adamı intihar edib.
Türkiyə mətbuatının xəbərinə görə, hadisə “Rixos Ankara” otelində qeydə alınıb. Tanınmış iş adamı Cəlal Ayrançı hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyinin irəli sürülməsi üçün sənədlərini təqdim edib. Partiyanın dünən açıqlanan siyahısında adının olmadığını görən Cəlal Ayrançı tapança ilə başından atəş açaraq, özünü öldürüb.
Hadisə ilə bağlı açıqlama verən nazir Cevdet Yılmaz faktla bağlı araşdırma aparıldığını deyib. Nazir hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayıb.
Tural

Xəbər 251 dəfə oxundu.