“İŞİD”-ə qoşulmaq istəyən çinlilər saxlanılıb
Türkiyədə Suriyadakı döyüşlərə qoşulmaq üçün sərhədi qanunsuz keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb.
“Milliyet”in verdiyi məlumata görə, Çin vətəndaşları Qaziantəp vilayətində saxlanılıblar. Oradan həmin şəxslərin Suriyaya keçməyə hazırlaşdığı bildirilir.
Saxlanılmış Çin vətəndaşları vətənlərinə deportasiya olunacaqlar.
Son iki həftə ərzində Türkiyədən Suriyaya keçməyə çalışan 30-dan çox xarici vətəndaş saxlanılıb.
Bundan əvvəl Türkiyə rəsmiləri Avropa ölkələrinin xüsusi xidmətləri tərəfindən şübhəli şəxslər barədə məlumatlar verilmədiyini, bununla da onların radikalları başdan etməyə çalışdıqlarını bildirmişdilər. 2013-cü ildən İraq və Suriya ərazilərində möhkəmlənən “İŞİD” qruplaşması öz sıralarına minlərlə xarici vətəndaş toplaya bilib. Xarici vətəndaşlar əksər hallarda qanunsuz şəkildə Suriyaya keçə bilmək üçün Türkiyə ərazilərindən istifadə edirlər.
Tural

Xəbər 262 dəfə oxundu.