Binəqədidə yerləşən idman obyektlərinə baxış keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində yerləşən “Veqas” İdman və Sağlamlıq Mərkəzi, Turan İdman Klubu, Azərbaycan Qolf Federasiyasının inzibati binası, Xocasən qəsəbə stadionu, Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksində olublar.
İdman obyektlərinin nümayəndələri burada idmançılar üçün yaradılan şərait barədə onlara ətraflı məlumat veriblər
Qeyd edək ki, bu görüşlər Ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası məqsədi ilə keçirlib.
Fuad

Xəbər 466 dəfə oxundu.