Əmtəə dövriyyəsi 9,6 faiz artıb
Bu ilin birinci rübündə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5760,3 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 1675,6 milyon manatlıq pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin ilk üç ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 faiz, pullu xidmətlərin həcmi isə 5,3 faiz artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 2894 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 2866,3 milyon manatlıq qeyri-ərzaq malları alıblar.

Tural

Xəbər 315 dəfə oxundu.