“Sony” ABŞ-da siyasətçilərə ianələr köçürürmüş
Amerikanın Sony Pictures kompaniyasının hakerlər tərəfindən ələ keçirilmiş sənədləri internetdə peyda olub.
Rusiyanın NTV telekanalı xəbər verir ki, hakerlərin hücumu nəticəsində itmiş məlumatlar arxivini WikiLeaks təşkilatı öz saytında yerləşdirib. Bundan sonra hər kəs korporasiyanın 178 min elektron məktubunu rahat şəkildə oxuya bilər.
Yazışmaların içərisində “Sony” şirkətinin ABŞ-ın Demokrat Partiyası ilə sıx əlaqələrinin olması barədə sübutlar var. Belə ki, şirkət nümayəndələri amerikalı siyasətçilərlə internet-təhlükəsizliyi məsələlərini müzakirə edib, həmçinin seçki kampaniyalarına ianələr köçürüb.
Kompaniyanın rəhbərliyi artıq WikiLeaks-i oğurlanmış məxfi informasiyanı yaymaqda ittiham edib.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayında naməlum hakerlər Şimali Koreya lideri Kim Çen In haqda çəkilmiş “Müsahibə” kinokomediyasının yayımlanmasını ləğv etməyəcəyi təqdirdə Sony Pictures şirkətini kiber-hücumlarla hədələmişdilər. Bundan sonra korporasiyanın elektron təhlükəsizlik sistemini qırmağa nail olan hakerlər hələ baxışa çıxmamış filmləri açıq istifadəyə qoymuşdular. O zaman haker hücumlarında rəsmi Pxenyan ittiham olunsa da, Şimali Koreya bunu təkzib etmişdi.
Tural

Xəbər 288 dəfə oxundu.