“Bavariya“da şok istefa
Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Portu"ya uduzan "Bavariya"da şok istefa gerçəkləşib. Komandanın 40 illik həkimi Hans Vilhem Müller-Vohlfart istefa verib.
"Portu" ilə oyunda zədə səbəbindən Aryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martinez və Bastian Şvaynştaygerin xidmətindən yararlana bilməyən baş məşqçi Pep Qvardiola məğlubiyyətdə komandanın həkimini günahlandırıb. Qvardiola ilə problem yaşayan Vilhem Müller istefa vermək qərarına gəlib. O, qərarı ilə bağlı yazılı açıqlamasında qeyd edib: "Portu"ya məğlubiyyətdə komandanın tibbi heyəti günahlandırıldı. Lakin bu, qəbuledilməzdir. Uğur qazanmaq üçün güvənmək çox önəmlidir". Qeyd edək ki, "Portu" - "Bavariya" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 250 dəfə oxundu.