ARTPİ-də ilk peşə ixtisas təhsili ilə bağlı seminar-treninq keçirilib
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “İlk peşə - ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması” mövzusunda tədbir keçirilib. Seminar- treninq formatında keçirilən tədbir ARTPİ-nin İlk peşə-ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov tərəfindən aparılıb. “İlk peşə - ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması”na dair keçirilən seminar -treninqdə institutun şöbə müdiri Rəsul Əsgərov çıxışında əsasən aşagıdakı məsələlərə dair xüsusi hazırlanmış təqdimatla geniş məruzə ilə çıxış edib: İlk peşə-ixtisas təhsilinin məzmunu; İlk peşə-ixtisas təhsilinin idarə olunması; İlk peşə-ixtisas təhsilinin maddi-texniki və tədris bazası; İlk peşə-ixtisas təhsilinin infrastrukturu; İlk peşə-ixtisas təhsili sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri; İlk peşə-ixtisas təhsili pilləsində təhsilalanların bilik, bacarıq və vərdişəri səviyyəsi və s. Tədimatdan sonra seminar- treninq iştirakçıları mövzu ətrafında geniş müzakirələrə başlayıblar. Mövcud İlk peşə-ixtisas təhsilinin məzmununda gələcəkdə görüləcək dəyişikliklər və əlavələr barədə maraqlı rəy və təkliflərini bildiribər. ARTPİ-də keçirilmiş seminar- treninqə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları, tədris istehsalat işləri üzrə direktor müavinləri, metodbirləşmələrin sədrləri, ixtisas fənn müəllimləri, baş ustalar, istehsalat təlim ustaları, institutun müvafiq şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Anar

Xəbər 312 dəfə oxundu.